Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 23:01:00
Zəncirvari qəzada 11 məktəbli xəsarət aldı

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib.

AzEdu.az-ın  məlumatına görə, dörd avtomobilin toqquşması və onlardan birinin piyadanın üstünə çıxması nəticəsində 13 nəfər xəsarət alıb.

Bildirilib ki, qəza zamanı səkidə bir qrup 9-cu sinif şagirdi olub. Onlar qrup şəklində teatra gedirmişlər.

Ümumilikdə 11 yeniyetmə və onları müşayiət edən iki nəfər xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya aparılıb.