Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 11:28:00
 Summativ Qiymətləndirmənin nəticəsi ilə razılaşmayan şagird bunları etməlidir – Həvəsdən düşməyin

 

 

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişikliklər müəllimlərdə xeyli suallar yaratdı.

Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda valideyn və şagirdləri maraqlandıran məqamlardan biri də summativ qiymətləndirmədən narazı olduqda kimə müraciət etmələri ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar “Təhsilalanların attestasiyası qaydaları”nda əks olunub.

Qaydalara görə, summativ qiymətləri ilə razılaşmayan şagirdin yenidən yoxlanma üçün müraciət hüququ var.

Summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan məktəblilərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları baxır. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan şagirdlərin valideyn və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyində baxılır.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I sinif istisna olmaqla bütün siniflər üzrə KSQ keçirilir.

BSQ IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə aparılır.

Lisey və gimnaziyalarda, eləcə də təmayülləşmənin tətbiq olunduğu siniflərdə isə summativ qiymətləndirmənin keçirildiyi fənlər fərqlidir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları