Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 12:44:00
Bulvarda dənizə düşən məktəbli qızı xilas etdilər

Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

AzEdu.az-ın məlumatına görə, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Azyaşlı qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.