Azedu.az

Pakistanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

21 Noyabr 2019, 11:20
Pakistanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

Pakistanın Elm və Texnologiya Təşkilatının (COMSTECH) məsləhətçisi Xurşid Hasanain AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

AMEA-dan AzEdu.az-a bildirilib ki, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov qonağa institutun tarixi, elmi nailiyyətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Görüş zamanı, həmçinin iki qurum arasında gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra X.Hasanain institutun laboratoriyalarında quraşdırılan müasir avadanlıqlarla və aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox