Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 12:08:00
UNEC-də ekonometrika fənninin tədrisində Oksford dərsliyi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ekonometrika fənninin tədrisində yeni dərsliklərdən istifadə olunacaq.

UNEC-dən AzEdu.az-a bildirilib ki, Türk dünyası iqtisad fakültəsində tədris olunan fənlərin beynəlxalq standartlara və dünya ölkələrinin proqramlarına inteqrasiyasını təmin etmək məqsədilə bir sıra dərsliklərin yenilənməsi təklif olunub.

Fakültədə “Ekonometrika” fənninin tədrisində Oksford Universitetinin alimləri kitablarından istifadə olunacaq.