Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 16:25:00
Məktəblərdə dərnək rəhbərlərinin maaşı bu cür hesablanır –Diqqətli olun  

Ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların xərc smetasında dərnək rəhbərinin əmək haqqını ödəmək üçün nə qədər vəsait nəzərdə tutulur?

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq məlumatı təqdim edir:

Belə ki, dərnək rəhbərinin 5-dən 10-dək sinfi olduqda — 0,5 müəllim stavkası; 10-dan 20-dək — 1 stavka; 20-dən 40-dək 1,5 stavka; 40 və daha çox olduqda 2 müəllim stavkası nəzərdə tutulur.

Bu qaydalar Azərbaycan Respublikasının Təhsil Qanununa müvafiq olaraq dövlət ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin, liseylərin və gimnaziyaların nümunəvi ştatlarını, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatlarını nizama salmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən müəyyən edilib.

Qeyd edək ki, məktəb Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada operativ, mühasibat və statistik hesabat aparır. Məktəbin vəzifəli şəxsləri hesabatlarda əks olunan məlumatların etibarlılığına görə məsuliyyət daşıyırlar. Məktəbin ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq direktor tərəfindən müəyyən edilir.