Azedu.az

Akif Əlizadənin istefa ərizəsi qəbul olundu  

AMEA

23 Oktyabr 2019, 10:22
Akif Əlizadənin istefa ərizəsi qəbul olundu  

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

AzEdu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb.

İranda etirazçılara SƏRT XƏBƏRDARLIQ - Hamını məhv edəcəyik!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox