Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-22 13:18:00
"Məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır" - Qənirə Paşayeva

"Uşaqların, gənclərin qumar oyunlarından qorunması istiqamətində cəmiyyət bizdən dəstək gözləyir”.

AzEdu.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına artan meyllə bağlı həyəcan siqnalı verilməlidir: “Uşaqların tütün məhsullarının təsirindən qorunması ilə bağlı qanun qəbul etmişik.  Amma məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır. Eyni zamanda, enerji içkiləri telekanallarda reklam olunur. Qanunların icrasına diqqət yetirməliyik”.