Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-20 20:26:00
Məktəblər bu səbəbdən bağlandı

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şırnak şəhərinin 55 kəndinin məktəblərində tətil elan edilib.

AzEdu.az  xəbər verir ki, bu barədə Şırnak Valiliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun Suriyada keçirdiyi "Sülh çeşməsi" əməliyyatına görə belə bir addım atılıb.

Qərarın sabahdan qüvvəyə minəcəyi vurğulanıb.


Qeyd edək ki, Türkiyənin Mardin şəhərindəki məktəblərdə də tətil elan edildiyi açıqlanıb. Məlumata görə, ümumilikdə 156 məktəbdə oktyabrın 21-dən 25-nə qədər tətil olacaq.