Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 12:15:00
Tələbə itmiş təqaüd kartını necə əldə edə bilər?  

Tələbələrin qarşılaşdığı  əsas problemlərdən biri də, təqaüd kartının itirilməsidir.

Bəs görəsən tələbələr təqaüd kartını itirəndə necə və hardan əldə edə bilərlər?

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq itirilən tələbə təqaüd kartının əldə edilməsinin prosedur qaydalarını təqdim edir:

“Tələbə təqaüd kartını itirən zaman ilk olaraq, bankla əlaqə saxlayıb, kartı dondurmalıdır. Daha, sonra, tələbə yeni kart üçün şəxsiyyət vəsiqəsi ilə oxuduğu  universitetin mühasibat şöbəsinə yaxınlaşmalıdır.

Təzə kart gələnə qədər isə tələbə təqaüdünü universitetin əməkdaşlıq etdiyi bankdan ala bilər. Bunun üçün tələbə şəxsiyyət vəsiqəsi ilə banka müraciət edə bilər.”