Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 12:45:00
Peşə təmayüllü siniflərdə fənlərin tədrisində yeniliklər olacaq - RƏSMİ

“Kimya, biologiya və fizika peşə modullarının xarakterinə uyğun formada tədris ediləcək”

AzEdu.az xəbər verir ki, bu sözləri “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Tural Hətəmxanov deyib.

“Həftənin sualı” verilişində peşə təmayüllü siniflərlə bağlı sualları cavablandıran T.Hətəmxanov, bu siniflərdə keçirləcək dərslər haqda məlumat verib.

Layihə rəhbərinin sözlərinə görə, təmayül siniflərlə bağlı ilk olaraq, məktəblərlə, görüşlər keçirilərək maddi-texniki bazası ilə tanış olunub. Öncəlik ətraf rayonlardan da şagirdlərin  rahatlıqla müraciət edə bilmələri üçün bu məktəblərin mərkəz xarakterli olmalasıdır. 

“Əsas məqsədimiz, peşədən daha çox, gələcəkdə əmək bazarında özlərini tapmaları üçün şagirdlərə bacarıqların aşılamasıdır. Təmayül siniflərdə ümumtəhsil bazası ilə yanaşı, peşə təhsili ilə bağlı modullar da tətbiq edəcəyik.  Digər X-XI siniflərlə tək fərq onlara ümumtəhsil fənləri ilə yanaşı, bir neçə spesifik modulların tədris edilməsidir. Həmin  siniflərdə şagirdlərə müxtəlif peşə profillin modullar tədris ediləcək. Bu tədris ili üçün  3 modul: kənd təsərrüfatı profili, xidmət profili, təmir-tikinti profili nəzərdə tutulub.

Bununla yanaşı, peşə təhsilinə yaxın olan, kimya, biologiya və fizika peşə modullarının xarakterinə uyğun formada tədris ediləcək.  Belə ki, kənd təsərrüfatı təmayüllü məktəbdə kimya fənni, gübrələr, gübrələmə ilə bağlı, biologiyada bitkilərlə bağlı mövzular keçiriləcək. Yerdə qalan fənlər öz yerində tətbiq olunacaq”.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılacağı ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş şəxslər bu siniflərə qəbul ediləcəklər və  təhsil dövlət hesabına həyata keçiriləcək.