Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 10:00:00
Bakı Mühəndislik Universitetində bilik və yaradıcılıqla bağlı fərqli gün - FOTO

Bakı Mühəndislik Universitetində  (BMU) "Mənim universitetim" devizi adı altında bilik və yaradıcılıq günü keçirilib.

BMU-da Milli.Az-a verilən məlumata görə, əsasən abituriyentlər və onların valideynləri üçün nəzərdə tutulan tədbirdə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonundan 100-lərlə valideyin və şagirdlər iştirak edib.

Universitetin rektoru professor Havar Məmmədov bildirib ki, tədbirin təşkilində məqsəd abituriyentlərə ixtisas seçimində kömək etməkdir. Tədbir elə təşkil olunub ki, abituriyentlər stendlərə yaxınlaşanda onlarda ixtisaslar haqqında ilkin fikir formalaşacaq. Biz abituriyentlərin və onların valideynlərinin xüsusən ixtisas seçimi istiqamətində maarifləndirilməsinə çalışırıq. Çünki, düzgün ixtisas seçimi universitetdə tədrisin keyfiyyətinin artırılmasında xüsusi rol oynayır. Əslində Bakı Mühəndislik Universiteti il ərzində abituriyentlərə faydalı olacaq silsilə tədbirlər keçirib. Bu tədbir isə həmin tədbirlərin finalı adlandırmaq olar. Rektor abituriyentlərə qəbul imtahanında uğurlar arzulayıb.

Universitetin həyətində təşkil olunan tədbirdə universitetdə fəaliyyət göstərən 30-dan çox elmi və sosial tələbə dərnəkləri abituriyentlərin universitet və tələbə həyatı barədə məlumantlandırılması üçün xüsusi proqramlar hazırlayıblar. Onların elmi şouları və ifalarında mədəniyyət nümunələri tədbirə xüsusi rəng qatıb. Abituriyentlər Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası, texnoparkı ilə yaxından tanış olub, onları düşündürən sualları universitetin müəllimləri və tələbələri cavablandırıb.

Tədbirdə iştirak edən valideynlər və  abituriyentlər tədbirin onlarda xoş təəssurat oyatdığını bildiriblər və universitet rəhbərliyinə təşəkkür ediblər.