Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 17:50:00
Çin fəzaya daha 3 kosmik aparat göndərdi

Çin fəzaya daha üç kosmik aparat, o cümlədən Arktika və Antraktidada müşahidə aparmaq üçün Z-102D kod adlı peyk göndərib.

AzEdu.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnika Agentliyi məlumat yayıb.

Kosmik aparatlar sentyabrın 12-də Çinin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan Long March 4B raketdaşıyıcısı ilə havaya qaldırlıb.

Çinli alimlərin iddiasına görə, ağırlığı cəmi 16 kiloqram olan aparat vasitəsilə Yer kürəsinin hər iki qütbünü müşahidə etmək mümkün olacaq.

Yaxın gələcəkdə bu cür peyklərin sayının artırılması nəzərdə tutulub.

Çinli alimlər bu aparatların köməyi ilə Tibet yüksək dağlıq ərazisini də tədqiq edəcəklər.