Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 16:49:00
DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev vətəndaşları qəbul edəcək

DİM Direktorlar Şurasının sədr müavini Namiq Babayev Hacıqabulda vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, Hacıqabulda keçiriləcək qəbulda, Şirvan, Saatlı, Sabirabad rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul 2019-cu il sentyabrın 20-də, saat 10.00-da Hacıqabul şəhər H. Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7) keçiriləcəkdir. 

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına (http://eservices.dim.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Şirvan Regional Bölməsinə (Ünvan: Şirvan şəhəri, M.Ə. Rəsulzadə pr., 19) müraciət etmələri (əlaqə tel.: (021) 215-15-23) xahiş olunur.

Bundan əlavə, qəbula gəlmək istəyənlər sentyabrın 19-dək (şənbə və bazar günləri istisna olmaqla, saat 10.00-dan 17:00-dək) Şirvan, Saatlı, Sabirabad Rayon Təhsil Şöbələrinə müraciət etməklə də qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.