Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrində AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsi üzrə seçkilər başlayıb.
AzEdu.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın akademik-katibi, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.
Onun sözlərinə görə, artıq AMEA-nın Kimya və Yer elmləri bölmələri üzrə seçki keçirilib.
AMEA bölmələrində seçkilər sentyabrın 16-dək davam edəcək.
Daha sonra seçkinin nəticələri AMEA Rəyasət Heyətinə təqdim olunacaq. Sentyabrın 25-də AMEA Rəyasət Heyəti Akademiyanın elmi-tədqiqat institutlarına direktor seçkilərinin nəticələrini açıqlayacaq.
Qeyd edək ki, AMEA-nın elm-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün sənədlərin qəbulu iyunun 11-dən iyulun 11-dək davam edib.
AMEA-nın 17 qurumunda direktor vəzifəsinə namizədlərin hamısı hazırda həmin qurumların direktorudurlar.
Namizədliyini irəli sürmüş şəxslərin siyahısını təqdim edirik:
№ | Elmi müəssisənin adı | Namizədin soyadı, adı, atasının adı |
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi | ||
| Fizika İnstitutu | Akademik Məmmədov Nazim Timur oğlu |
| İdarəetmə Sistemləri İnstitutu | Akademik Əliyev Telman Abbas oğlu |
| Riyaziyyat və Mexanika İnstitutu | AMEA-nın müxbir üzvü Mərdanov Misir Cumayıl oğlu |
| İnformasiya Texnologiyaları İnstitutu | Akademik Əliquliyev Rasim Məhəmməd oğlu |
| Biofizika İnstitutu | AMEA-nın müxbir üzvü Qasımov Oktay Kazım oğlu |
Kimya Elmləri Bölməsi | ||
| Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu | Akademik Tağıyev Dilqəm Bəbir oğlu |
| Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu | Akademik Fərzəliyev Vaqif Məcid oğlu |
Yer Elmləri Bölməsi | ||
| Geologiya və Geofizika İnstitutu | Akademik Əlizadə Akif Ağa Mehdi oğlu |
Biologiya və Tibb Elmləri Bölməsi | ||
| Akademik A.Qarayev adına Fiziologiya İnstitutu | Biologiya elmləri doktoru Həşimova Ulduz Fayızı qızı |
| Mərkəzi Nəbatat Bağı | Biologiya elmləri doktoru, dosent Fərzəliyev Vahid Sabir oğlu |
Humanitar Elmlər Bölməsi | ||
| Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu | Akademik Həbibbəyli İsa Əkbər oğlu |
| Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu | Akademik Kərimli Teymur Həşim oğlu |
| Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi | Akademik Hüseynov Rafael Baba oğlu |
| Hüseyn Cavidin Ev Muzeyi | Filologiya elmləri doktoru Babaxanlı Gülbəniz İbrahim qızı |
İctimai Elmlər Bölməsi
| ||
| Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu | Akademik Baxşəliyeva Gövhər Baxşəli qızı |
| Fəlsəfə İnstitutu | Fəlsəfə elmləri doktoru Məmmədzadə İlham Ramiz oğlu |
| Milli Azərbaycan Tarixi Muzeyi | Akademik Vəlixanlı Nailə Məmmədəli qızı |
kitabı