Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 10:24:51
Azərbaycanda bağçaların sayı bu qədər artıb – Son göstəricilər  

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı artıb.

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilib ki, 2019-cu ildə 1 803 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bu müəssisələrdən 1 198-i körpələr evi uşaq bağçalarıdır. 2018-ci ildə onların sayı 1785, 2016-cı ildə 1722 olub.

Məktəbəqədər təhsil müəssisələrin sayında azalma yalnız 2011-ci ildə müşahidə olunub. Həmin ildə 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.

Qeyd edək ki, statistikaya körpələr evləri uşaq bağçaları, məktəb uşaq bağçaları və xüsusi uşaq bağçaları daxildir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları