https://www.zirve.edu.az/
02.05.2018 13:43
Bədii qiraət müsabiqəsinin qaliblərinə  mükafat veriləcək - FOTO

Paytaxt məktəbləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEDU.az-a  bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində təşkil olunan müsabiqə iki gün davam edib. Nərimanov, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Nəsimi, Nizami, Pirallahı, Səbail və Qaradağ rayonları üzrə final mərhələsinə 72 məktəbli qatılıb.

Müsabiqənin final mərhələsində hər yaş qrupu üzrə ilk üç yeri tutan şagirdlər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, iki yaş qrupu (10–14 və 15-18) üzrə keçirilən müsabiqənin əsas məqsədi Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.