Yuxusuzluqdan əziyyət çəkən insanlarda ürəyin işemik xəstəliyinin, insultun və ürək çatışmazlığının inkişafı riski artır.
AzEdu.az xəbər verir ki, Stokholmdakı Karolina İnstitutunun alimləri belə qənaətə gəliblər.
Tədqiqat haqqında "EurekAlert"də dərc olunan press-relizdə qısa məlumat verilir.
Məlum olub ki, yuxusuzluğa səbəb olan gen variantlarına sahib şəxslərdə insult və digər pozuntuların riski artır.
Daha öncə aparılan observasiya (müşahidə) tədqiqatlarının nəticələrinə əsasən, dünya əhalisinin 30 faizinin əziyyət çəkdiyi yuxusuzluq ürək çatışmazlığının inkişafına səbəb olur. Lakin bu növ tədqiqatlar səbəb-nəticə əlaqəsini aşkar etməyə imkan vermirdi. Ona görə də ehtimal olunurdu ki, ürəkdə olan problemlər yuxunun keyfiyyətini aşağı salır.
kitabı