Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 00:40:25
Xarici dillər üzrə mütəxəssis sığınacaqda yaşayır- FOTO

Xarici dillər üzrə mütəxəssis sığınacaqda yaşayır.

AzEDU.az xezerxeb.az-a istinadən məlumat verir ki, Dövlət sosial müdafiə fondunun nəzdindəki sığınacaqda olan bu xanım bir neçə il əvvələ qədər milli elmlər akademiyasının əlyazmalar institutunda da çalışdığını deyir.

5 xarici dil bilir, xeyli müddət Milli Elmlər Akademiyasında çalışıb, indi isə sığınacaqda yaşayır.

Bakının Zabrat qəsəbəsində yerləşən və Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan sığınacağa 18 yaşdan yuxarı şəxslər qəbul edilir. Sığınacağın direktoru Çingiz Əhmədovun sözlərinə görə, fəaliyyət göstərdiyi 7 ay ərzində 103 nəfər sosial sığınacağa müraciət edib. Sığınacağın sakinləri arasında müəllim və 5 xarici dil bilən mütəxəssis də var.

Zemfira Mirzəyeva uzun illər Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda çalışdığını deyir.

Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli isə "Xəzər Xəbər"ə bildirib ki, Zemfirav Mirzəyeva rəhbərlik etdiyi institutda işləməyib. Fiziki məhdudiyyətli oğlu isə illər öncə Dövlət Neft Akademiyasında Ərəb ölkələrinin olan və hazırlıq bölməsində təhsil alan tələbələrə Rus dilini öyrədib.

Çingiz Əhmədov deyir ki, sığınacağın xidmətlərindən bir neçə saatlıq istifadə edənlər də var. Bunlar isə günəmuzd işləyən fəhlələrdir.

Sığınacaqda sakinlərin normal qidalanması və istirahəti üçün hər cür şərait yaradılıb.