Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 13:00:00
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı açıqlandı

Avqustun 1-də peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan resurları və informasiya şöbəsinin müdir müavini Ceyran  Məmmədli məlumat verib.

Məlumata əsasən, peşə təhsili müəssisələrinə qəbul əvvəlki illərdə olduğu kimi “Asan xidmət” vasitəsilə həyata keçiriləcək.

Belə ki, peşə təhsili almaq istəyən şəxslər avqust ayının 1-dən etibarən şəxsiyyət vəsiqəsi və bitirdikləri təhsil müəssisəsini təsdiq edən sənədlə “Asan xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.  

Xatırladaq ki, Koreya standartları əsasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə sənəd qəbulu iyulun 9-da başlayıb,  25-nə kimi davam edəcək.

Rəna Nəbi