![](https://azedu.az/uploads/news/2018/04/01modijapan1.jpg)
Sinqapurda məktəb müdirinin imtahanlardan əvvəl valideynlərə göndərdiyi məktub, sosial mediada sürətlə yayılmağa başlayıb.
AzEdu.az insanlar arasında marağı səbəb olan həmin məktubu təqdim edir:
Əziz valideynlər,
Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Hər birinizin övladınızın imtahanlarda uğurlu olması barədə narahat olduğunuzu bilirəm. Lakin, xahiş edirəm, unutmayın ki, imtahana girən uşaqların arasında riyazi biliklərə ehtiyacı olmayan bir sənətçi olacaq ... Tarixi ya da ingilis ədəbiyyatını əhəmiyyətsiz hesab edən bir idarəçi ... Kimyadan aldığı qiymətlər önəmli olmayan bir musiqiçi ... Fiziki olaraq fit olması, fizika dərslərindən daha əhəmiyyətli olan bir idmançı olacaq ... Əgər uşağınız bütün fənnlərdən yüksək nəticə göstərsə, bu, çox yaxşıdır! Amma əgər bunu bacarmazsa... Xahiş edirik, uşağın özgüvənini əlindən alıb, qürurunu sındırmayın. Övladlarınıza aşağı nəticələrin problem yaratmadığını və bunun sadəcə imtahan olduğunu söyləyin. Onlar həyatda daha böyük işlər üçün uyğun kadr ola bilərlər. İmtahanda neçə qiymət almaqlarından asılı olmayaraq, onları daim sevəcəyinizi və günahlandırmayacağınızı onlara bildirin. Bunu mütləq edin və bunu etdiyiniz zaman uşaqlarınızın dünyanı fəth etdiyini seyr edin. imtahan ya da aşağı göstəricilər, onların xəyal və bacarıqlarını əllərindən ala bilməz. Bir də lütfən, həkimlərin və mühəndislərin dünyadakı tək xoşbəxt insanlar olduqlarını düşünməyin".
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)