https://www.zirve.edu.az/
27.04.2018 10:41
Sınaq imtahanına qeydiyyatdan keçənlərin sayı kəskin şəkildə artıb - 6 MİNDƏN ÇOX

Aprelin 29-da keçiriləcək sınaq imtahanlarına qeydiyyatdan keçən abituriyentlərin sayı kəskin şəkildə artıb.

İmtahanda iştirak etmək üçün 29.925 abituriyent qeydiyyatdan keçib.

AzEdu.az xəbər verir ki, birinci sınaq imtahanlarında 23.579 abituriyent qeydiyyatdan keçmişdi.

İkinci sınaq imtahanlarında isə bu rəqəm 455 nəfər azalaraq 23.124 nəfər təşkil edib.  III sınaq imtahanına qeydiyyatdan keçənlərin sayı I imtahan üçün qeydiyyatdan keçənlərin sayından  6.346 nəfər, II imtahan üçün qeydiyyatdan keçənlərin sayından isə 6.801 nəfər çoxdur.

Qeydiyyatdan keçənlərin artması ilə əlaqədar imtahan binalarının sayı  56-ya çatdırılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da Respublikanın 12 şəhər və rayonunda  sınaq imtahanları keçirəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları