Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-24 13:00:00
Azərbaycan-Fransız Universitetində sərgi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib.

AzEDU.az xəbər verir ki, “Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər diqqəti cəlb edib. Tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, eyni zamanda, tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak ediblər.

UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi qeyd edib.

Sərgidə iştirak edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Xalq Rəssamı Arif Hüseynov və digər mötəbər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda böyük əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıblar.

Sərgi iştirakçılarına minnətdarlığını bildirən gənc rəssam Musa Niftəli bundan sonra da əsərləri ilə müəllimlərinin etimadını doğruldacağını deyib.