Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-24 16:16:00
Kolleclərə imtahansız qəbul yalnız ödənişli əsaslarla aparılacaq - RƏSMİ

Orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər.

AzEdu.az-a bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qaydalara əsasən, bakalavr ali təhsil pilləsi üzrə ixtisasından asılı olmayaraq kolleclərə ödənişli əsaslarla imtahansız qəbul olunmaq şansına malik olacaq. Kollecdə ödənişsiz təhsil almaq istəyən bakalavr DİM-in keçirdiyi imtahanlarda ümumi qaydada iştirak etməlidir.

Xatırladaq ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında “Təhsil haqqında” Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları