Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-12 14:46:00
Sistem tərəfindən avtomatik qeydiyyat kimlərə şamil olunur? - I sinfə qəbul

I sinfə elektron sistem vasitəsiləm qəbul davam edir. Proses zamanı məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlılara müəyyən üstünlüklərin verilməsi valideynlərdə bəzi çaşqınlıqarın yaranmasına səbəb olub.

AzEdu.az məktəbə qəbulla bağlı ən çox verilən sualları cavablamaqda davam edir.

Sual:

Məktəbəhazırlıq qruplarını bitirənlər dedikdə kimləri nəzərdə tuturlar? Hazırda bu qruplarda oxuyanları, yoxsa, artıq bitirənləri? Övladım hazırda məktəbəhazırlıq təhsilu alır. Onun üçün qeydiyyatdan keçməliyəm?

Cavab:

I sinfə elektron sistem vasitəsilə qəbul zamanı məktəbəhazırlıq keçmiş azyaşlılara müəyyən üstünlüklər verilir. Onların sorğusu sistemə avtomatik olaraq, oxuduqları məktəb və müəllim üzrə yerləşdirilir. Belə uşaqların valideynləri yalnız ərizəni çap edərək həmin məktəbə təqdim etməlidirlər.

Bu proses 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında oxuyanlara şamil edilir. artıq məktəbəhazırlıq qruplarını bitirənlər isə hazırda I sinifdə oxuyurlar.

Başqa əktəb və ya müəllimin sinfində təhsil almaq istəyənlər isə sistemə daxil olaraq bu sorğunu ləğv etməli, arzuladıqları orta təhsil müəssisəsini seçməlidirlər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları