Avstriyanın baş naziri Sebastyan Kruz məktəblərdə hicabın qadağan olunmasından sonra müsəlmanları təmsil edən Avstriya İslam Cəmiyyətinin rəhbəri İbrahim Olqun ilə görüşüb.
AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kruz görüş zamanı, cəmiyyətin təmsilçilərinə ibtidai siniflərdə və orta məktəbdə hicabla bağlı verdikləri qərarın qəti olduğunu bildirib.
O, eyni zamanda Avstriya dövlətinin bu qərardan heç bir şəkildə daşınmayacağını da diqqətə çatdırıb.
Qeyd edək ki, Avstriya məktəblərində kimliyindən və hansı cəmiyyəti təmsil etməsindən asılı olmayaraq şagirdlərin və müəllimlərin hicabdan istifadə etməsinə dövlət tərəfindən qadağa qoyulub.
Nəzrin Rüstəmova