Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-19 15:23:00
Buraxılış imtahanında bir şagird ən yüksək bal topladı

"3 martda IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərən şagird 87, 1 bal toplayıb"

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov deyib. Onun sözlərinə görə, məktəbli cəmi 1 sualın cavabında yanlışlığa yol verib:

“Şagird Azərbaycan dili və Riyaziyyatdan ona təqdim olunan bütün sualları düzgün cavablandırıb. Xarici dildən isə 15-ci sualda səhvə yol verib. Şagird ümumilikdə 87,1 bal toplayıb”.

Xatırlaq ki, IX sinif buraxılış imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Deməli, şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları