Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-13 10:05:06
Rus alimlər Azərbaycanda sualtı arxeoloji tədqiqatlar aparacaqlar - İLK DƏFƏ

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Rusiya Coğrafiya Cəmiyyətinin Sualtı Tədqiqatlar Mərkəzinin idarə Heyətinin üzvü, sualtı arxeologiya üzrə bir sıra əsərlərin müəllifi, tarixçi Andrey Lukoşkovun rəhbərliyi altında bir qrup rusiyalı sualtı tədqiqat mütəxəssisləri ilə görüş keçirilib.

AzEDU.az xəbər verir ki, Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatların aparılmasının perspektivləri üzrə geniş müzakirə aparılıb.

Müzakirələr zamanı qeyd edilib ki, respublikamızda yalnız sovet dövründə sualtı arxeoloji tədqiqatlar aparılıb və bu sahənin hazırda xarici ölkə alimlərinin dəstəyi ilə yenidən dirçəldilməsi aktual problemlərdən biri olaraq qalmaqdadır. Aparılan fikir mübadiləsi çərçivəsində gələcəkdə sualtı arxeologiya üzrə milli mütəxəssislərin hazırlanmasına zəmin olacaq birgə sualtı arxeoloji tədqiqatların aparılmasının zəruriliyi vurğulanıb. Görüşdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun Elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nəcəf Müseyibli, “Arxeoloji xidmət” şöbəsinin müdiri, t.ü.f.d. Qoşqar Qoşqarlı, İnstitutun Elmi Arxiv şöbəsinin müdiri t.ü.f.d. İdris Əliyev, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, t.ü.f.d., professor Kamil İbrahimov da iştirak ediblər.

Elmin Nuri