![](https://azedu.az/uploads/news/2018/04/15235218494905855912_1000x669.jpg)
Azərbaycan Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb və mühazirə, seminar, “dəyirmi masa” və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz edilib.
AzEDU.az xəbər verir ki, auditoriyada Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və digər məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib.
Auditoriyanın yaradılması universitetin rəhbərliyi və kollektivinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, müasir dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən AXC və onun qurucularına, həmçinin dövlətçilik tariximizə dərin hörmət və yüksək ehtiramının ifadəsidir.
Azərbaycan Universitetində Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq dövlətçilik tariximizin və ənənələrimizin öyrənilməsi və təbliğ olunması istiqamətində silsilə tədbirlər, konfrans, “dəyirmi masa” və mühazirələr təşkil edilir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)