Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 15:20:00
“Almaniyaya yalnız attestatla qəbul mümkün deyil” - Daha bir ekspertdən təkzib

Təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır. Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Hazırda Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Ölkədə 376 ali məktəb var: bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir.

“Dil sertifikatı və ya “Foundation” keçmədən Almaniya universitetlərinə yalnız attestatla qəbul olmaq mümkün deyil”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev deyib.

Onun sözlərinə görə, xarici universitetlərə yalnız attestatla qəbulu alternativ təşkil edən qurumlar mövcuddur:

“Almaniyada əcnəbi şagirdlərin hətta orta məktəbdə oxuması üçün dil setifikatına ehtiyac olur. Tələbələrin dil sertifikatı olmadan təhsil ala biləcəyi ölkə Ukrayna, Rusiya və Türkiyədir. Lakin Ukrayna, Rusiya və Türkiyə universitetlərində də oxumaq üçün dil bilikləri yoxlanılır”.

Fuad Hacıyev bildirib ki, dünyada bir çox universitetlər var ki, tələbələr dil sertifikatı olmadan orada təhsil ala bilər:

“Bəzi xarici ölkələrdə təhsil almaq istəyənlər “skype” vasitəsilə müsahibədən keçərək dil sertifikatı olmadan oxuya bilərlər. Onu da qeyd edim ki, xaricdə attestatla təhsil almaq qorxulu deyil. Çünki, əcnəbi vətəndaşlar da Azərbaycan universitetlərinə sadəcə attestatla qəbul ola bilirlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları