https://www.zirve.edu.az/
19.02.2019 11:47
Koreya sərfəli təqaüd proqramı elanladı – Tələbələrin diqqətinə!
Çap et

Koreya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Qlobal Koreya təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, magistratura, doktorantura və tədqiqat səviyyələri üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol, sığorta xərcləri Koreya hökuməti tərəfindən qarşılanacaq. Seçim zamanı ingilis (TOEFL və IELTS) və Koreya (TOPIK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.

Qeyd edək ki, proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları sənədlərini cari ilin martın 4-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları