Azedu.az

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin tarixi BİLİNDİ

Sertifikasiya

13 Sentyabr 2026, 11:46
Sertifikatlaşdırmanın müsahibə mərhələsinin tarixi BİLİNDİ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

Xatırladaq ki, test imtahanında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

Rusiya dəhşətli itkilər verdi - Şok detallar üzə çıxdı
Son xəbərlərDaha çox