Azedu.az

Norveç uşaqları sosial şəbəkələrdən qoruyur: “Meta”ya tələb

AzEdu Təhsil Platforması

13 Sentyabr 2026, 10:07
Norveç uşaqları sosial şəbəkələrdən qoruyur: “Meta”ya tələb

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib.

AzEdu.az "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib.

Buna səbəb "Meta"nın ABŞ ştatları ilə əldə etdiyi son razılaşma olub. Razılaşma sosial şəbəkələrdə yaşla bağlı nəzarətin gücləndirilməsini, tətbiqlərdən gündəlik istifadə müddətinə məhdudiyyətlərin qoyulmasını, gecə bildirişlərinin və dərs vaxtı xəbərdarlıqlarının qadağan edilməsini, həmçinin 18 yaşdan aşağı istifadəçilər üçün alqoritmik lentin söndürülməsi imkanını nəzərdə tutur.

 

"Uşaqların təhlükəsizliyi prioritet olmalıdır. Biz texnologiya nəhənglərinin öz platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün məsuliyyət daşımasını gözləyirik. Buna görə də "Meta" şirkətinə məktub göndərərək şirkətin Norveçdə də uşaqların və yeniyetmələrin müdafiəsi üçün tədbirlər görməsini tələb etdik", - deyə Styore bildirib.

Xatırladaq ki, Norveç hökuməti sosial şəbəkələr üçün 16 yaşadək yaş məhdudiyyəti tətbiq etmək niyyətindədir. Qanun layihəsinin ilin sonunadək təqdim edilməsi planlaşdırılır.

Rusiya dəhşətli itkilər verdi - Şok detallar üzə çıxdı
Son xəbərlərDaha çox