https://www.zirve.edu.az/
15.02.2019 09:39
Hollandiyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar  
Çap et

Dünyanın  inkişaf etmiş ölkələrindən biri olan Hollandiya eyni zamanda, ən yaxşı təhsil verən məkanlardan sayılır.

Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq Hollandiyada  təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Memarlıq və ya şəhərsalma ixtisası üzrə Hollandiyanın hansı universitetində təhsil ala bilərəm? Hollandiya universitetlərində illik təhsil haqqı və orada yaşayış xərcləri nə qədərdir?

-Memarlıq və ya  şəhərsalma ixtisası üzrə Hollandiyanın bir sıra universitetlərində təhsil ala bilərsiniz.  Universitetlərdə təhsil haqqı isə 8000avrodan başlayır. Hollandiyada yaşayış xərcləri isə 10.000 avro təşkil edir.

-Hollandiyada magistr ixtisası üzrə təhsil almaq üçün hansı imtahanları vermək lazımdır?

-Hollandiyada təhsil almaq üçün IELTS 6.5 lazımdır.  Amma orada biznes ixtisasları üçün GMAT imtahanın nəticəsi tələb olunur.

-Hollandiyada MBA üzrə oxumaq istəyirəm. Bilmək istərdim ki, MBA üzrə oxumaq üçün nə tələb olunur?

-Hollandiyanın keyfiyyətli universitetlərində təhsil almaq üçün GMAT nəticəsi mütləqdir. Eyni zamanda IELTS və ya TOEFL sertifikatları da lazımdır.

-Hollandiya universitetlərində holland dilini bilənlər  ödənişsiz  təhsil ala bilər?  

-Avropa vətəndaşı olmayanlar Hollandiya universitetlərində  ödənişsiz təhsil ala bilməz. Amma  Çex dilində təhsil alanlar ödənişsiz təhsil ala bilərlər.

-Hazırda ingilis dili ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıram. Təhsilimi tamamladıqdan sonra  Hollandiyada oxumaq  istəyirəm. Bilmək istərdim ki, orada hüquq ixtisası üzrə bakalavr səviyyəsində təhsil ala bilərəm?

-İstənilən ölkədə bakalvr səviyyəsində təhsil almaq mümkündür. Amma ilk növbədə IELTS sertifikatı tələb olunur.

-Hollandiya universitetlərinə attestatla necə qəbul olmaq olar?

-Hollandiyada praktik və tədqiqat tipli olmaqla  universitetlər 2 hissəyə bölünür. Orada praktik universitetlərə ( Applied Science)attestatla birbaşa qəbul olmaq olar.  Amma tədqiqat tipli universitetlərə isə attestatla qəbul olmaq mümkün deyil.

 -Hollandiyada illik yaşayış xərcləri nə qədərdir? Orada tələbələrə iş izni verilmi?

-Hollandiyada illik yaşayış xərcləri 10.000 avrodur. Orada tələbələrə həftədə 20 saat iş izni verilir.

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları