https://www.zirve.edu.az/
13.02.2019 10:23
Hansı Avropa ölkələrində universitetə sadəcə, attestatla qəbul ola bilərik?  
Çap et

Bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclər xaricdə təhsil almağı özlərinə hədəf seçir. Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır, bəs bizim gənclərhansı  ölkələrin universitetlərinə  birbaşa attestatla, yəni, sadəcə, imtahan vermədən, orta məktəbi bitirmək haqqında sənədi təqdim etməklə  qəbul oluna bilərlər?

AzEdu.az bununla bağlı xaricdə təhsil məsələləri üzrə mütəxəssislərin fikrini öyrənib.

 “Gəncliyin Elmi-Mədəni  İnkişafı”  İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə  ekspert  Sərdar Yusifoğlu bildirib ki, Rusiya və Türkiyə daxil olmaqla,Avropa ölkələrinin çox hissəsində universitetlərə birbaşa attestatla sənəd qəbulu prosesi var:

“Sadəcə, bütün ölkələr üçün lazımlı olan müraciətçilərin beynəlxalq dil biliyi sertifikatıdır. Yəni, onlar təhsil almaq istədikləri xarici dili bilməlidir. Bir çox Avropa ölkələrində orta təhsil 12 və ya 13 illikdir.  Məhz ona görə də bəzi Avropa ölkələrində təhsil  alan azərbaycanlılar əlavə olaraq  2ildə oxuyurlar”.

Xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyevin sözlərinə görə, dünyanın bütün ölkələrində attestatla sənəd qəbulu prosesi var:

“Bütün ölkələrə attestatla qəbul aparılsa da, bəziləri tələbələrdən əlavə dil biliyi imtahanı tələb edir.  Onu da qeyd edim ki, əgər qanunla aparılarsa  attestatla qəbulun heç bir  fəsadı yoxdur. Məsələn: Harvard kimi Universitetə attestatla sənəd qəbulu aparan birisi əlbəttə ki, tələbələri aldada bilər.

Ümumiyyətlə,  tələbələrə tövsiyəm budur ki, güvəndikləri xaricdə təhsil şirkətlərinə müraciət etsinlər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları