Azedu.az

Magistrlərin imtahan nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiqlənib

7 Fevral 2019, 09:00
Magistrlərin imtahan nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiqlənib

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, iclasda çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın prezidentinin akademiyanın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Sonra I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin fənn proqramlarının və dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.

Eyni zamanda, I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib, bir sıra cari məsələlər müzakirə olunub.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
Son xəbərlərDaha çox