Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-06 10:08:25
Şamaxıda dərslər dayandırılıb? -Zəlzələ məktəbi qəzalı vəziyyətə saldı -RƏSMİ

Şamaxıda baş verən zəlzələ nəticəsində E.Hüseynov adına şəhər 2 nömrəli tam orta məktəbə ziyan dəyib.

Bu barədə orta təhsil müəssisəsindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bəzi otaqlar qəzalı vəziyyətə düşdüyündən bir neçə sinfin dərsləri ikinci növbəyə keçirilib. Dərslərin  dayandırılması xəbərlərinin isə heç bir əsası yoxdur. Hadisə gecə baş verdiyindən xəsarət alan olmayıb.

Məsələ ilə bağlı Şamaxı şəhər Təhsil şöbəsindən verilən məlumata görə, zəlzələ nəticəsində şəhərdə elə də böyük dağıntı olmayıb və dərslər öz qaydasında davam edir.

Eyni zamanda bildirilib ki, divarlarda sadəcə yüngül çatlar və  dağıntılar var. Lakin  panikaya səbəb olacaq vəziyyət yoxdur. Digər günlərə nisbətən davamiyyət zəif olsa da, dərslərimiz davam edir.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Rəna Nəbi