https://www.zirve.edu.az/
03.02.2019 14:49
Məktəbəqədər yaşlı uşaqlara  kitab oxumağın faydaları
Çap et

Məktəbəqədər yaşlı uşaqlar üçün kitab oxumaqla yanaşı,  şəkilli jurnallardan istifadə də çox önəmlidir. Yazılı-şəkilli materialların istifadəsi, uşaqlara “konteksdən kənar” dil imkanları verir. Konteksdən kənar ifadəsinin mənası, kitab dünyasının uşağı olduğu mühit və konteksdən fərqli yerə aparması deməkdir. . Bunun sayəsində uşaqlar ucu-bucağı olmayan xəyal dünyasında səyahət etməyi öyrənirlər.

Körpələrə kitab oxunmalıdırmı?

Uşaqların kitabla tanış olması üçün oxumağı, yazmağı öyrənmələrini gözləmək yanlış düşüncədir. “Hardan başa düşəcək? Oxumağı bilmir ki!” şəklində düşüncə, təəssüf ki, bu əhəmiyyətli fürsəti  uşağın əlindən alır. Körpəlik və uşaqlıq dönəmində görüntülü yazılı materialların istifadəsi, həm dil, həm də zehni inkişaf üçün olduqca əhəmiyyətlidir. Bundan əlavə valideyn-uşaq münasibətlərinin də təməli üçün mütləqdir.

Yeni dünyalarla tanış olmaq!

Kitabların içindəki yeni dünya ilə tanış olmaq, uşaqların eyni kəlmələr öyrənmə, hekayə dərk etmənin inkişafı kimi bir çox məqsədə xidmət edir. Məktəbəqədər dönəmdə səs biliyi bacarıqlarını mənimsəməkdən qarışıq cümlə quruluşuna öyrəşməyə qədər bir çox əhəmiyyətli bacarığı qazanmağa yararlıdır. Bu səbəblə də yazılı və şəkilli kitab və jurnalların uşaqların inkişafı baxımından önəmi olduqca çoxdur. Bəzi vaxtlarda bilmədiyi bilikləri öyrənməsinə, bəzi vaxtlarda hazırda bildiklərini inkişaf etdirməsinə imkan verir.

Yaşa uyğun seçim

Kitab ya da jurnal kimi yazılı materiallar üçün əhəmiyyətli mövzulardan biri bu seçimləri uşağın yaşına uyğun edə bilməkdir. Məsələn hələ hazır olmadığı biliklərə məruz qalan bir uşaq ağlını qarışdırdığı kimi vaxtı gəldikdə öz-özlüyündən maraq duyacağı bəzi mövzulara da öncədən bələd ola bilər. Oxşar formada məsələn körpəlik dönəmində çox sayda təsirlərə məruz qalan körpə, lazımından artıq yorulub öyrənmə və maraq duymaq istəyini itirə bilər. Bu səbəblə də mütəxəssislərin nəzarətində müəyyənləşmiş yaşla bağlı nümunələrə mütləq diqqət etmək lazım gəlir.

Uşağınız oxumağa qarşı müqavimət göstərirsə?

Bəs yaxşı kitab ya da yazılı materialları sevməyən və ya müqavimət göstərən uşaqlar üçün nə etmək lazımdır? Bu uşaqlar üçün ortada kitab yox ikən də əslində kitab oxuyurmuşcasına hekayələr danışmaq və xəyal dünyasına dalmaq mümkündür. Bəzi vaxtlarda evdəki oyuncaqlardan istifadə edərək, bəzən də sadəcə zehindən bu kimi fəaliyyətlərə yer verməklə kitaba olan keçid asanlaşa bilər. Uşaqlar oxuma-yazma öncəsi kitabla tanış olduqlarında səs qəbuletmə bacarıqları da sürətli olaraq inkişaf edir. Eyni kitabın bir dəfədən çox oxunduğunu düşünsək, eşitdiyi səsləri simvol qarşılığı olan hərflərlə qarşılaşdıran uşaq, beləliklə səsləri də öyrənməyə başlamış olur. Bu da oxuma və yazmağın ilk addımıdır.