Azedu.az

40 minə yaxın abituriyent ixtisas seçimini TƏSDİQLƏYİB

Dövlət İmtahan Mərkəzi

15 Avqust 2026, 10:16
40 minə yaxın abituriyent ixtisas seçimini TƏSDİQLƏYİB

Ali təhsil müəssisələrinə ixtisas dünəndən etibarən seçimi başlanıb.

AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə 15 avqust saat 10:16-a qədər 36101 abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. 

Qruplar üzrə isə statistika belədir:

I ixtisas qrupu: 11766

II ixtisas qrupu: 8468

III ixtisas qrupu: 9647

IV ixtisas qrupu: 2743

V ixtisas qrupu: 4892

Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 12-dən 19-u saat 23:59-dək internet vasitəsilə aparılır.

Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır
Son xəbərlərDaha çox