Polşa 2019-2020-ci tədris ilində təhsil üzrə LaneKirkland təqaüd proqramını açıq elan edir.
AzEdu.az LaneKirklandtəqaüd proqramına aid zəruri məlumatları təqdim edir:
Təqaüd proqramı magistr dərəcəsi olan gənc mütəxəssis və liderlər üçün nəzərdə tutulub. Proqrama 2 semestr Polşa universitetlərində tədqiqat daxildir. Eyni zamanda dövlət və özəl institutlarda 2 və ya daha çox həftə peşəkar təcrübə daxildir.
LaneKirkland proqramında Azərbaycan, Gürcüstan, Moldova, Qırğızıstan, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan vətəndaşları iştirak edə bilər.
Proqramda aşağıdakı sahələri təmsil edən şəxslər müraciət edə bilər:
- Ekspert, siyasətçi, dövlət işçiləri;
- Sahibkar, menecerlər;
- QHT rəhbərləri, mədəniyyət işçiləri və fəal vətəndaşlar;
- Tədqiqatçı, universitet müəllimi, alimlər;
- Jurnalistlər.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsilin magistr səviyyəsini bitirənlər;
35 yaşa qədər olan gənclər;
İngilis dilini B2 səviyyədə bilənlər;
Polyak dilini B1səviyyədə bilən gənclər;
Proqramda iştirak etmək istəyənlərin minimum 2 il iş təcrübəsi olmalıdır.
ÜSTÜNLÜK VERİLƏCƏK NAMİZƏDLƏR:
Öz icmasında professional və sosial sahədə aktiv olanlar;
Konkret nailiyyətlərə malik olanlar;
Daha öncə Polşada təhsil almayanlar;
Təhsilini polyakca seçən namizədlər.
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
- Elektron müraciət forması:
Şəxsi məlumat anketi;
Layihənininəsaslandırılması – Kirkland proqramında iştirakın detallı izahı, əsaslandırılması, Polşada qaldığınız dövrü əhatə edən və proqramı bitirdikdən sonra olan planlarınız (4000-6000 simvol, boşluqlarla birgə).
- İki tövsiyə məktubu;
- Ali təhsil diplomunun (və ya elmi dərəcə diplomunun) surəti elektron poçt vasitəsiləgöndərilməlidir.
Kirkland təqaüd proqramına son müraciət tarixi 1 mart 2019 ildir.
Qeyd edək ki, daha ətraflı məlumat və elektron müraciət formasını doldurmaq üçün proqramın saytına daxil ola bilərsiz: www.kirkland.edu.pl
kitabı