Azedu.az

"Araşdırmaq istədiyiniz sahəni dərindən öyrənin" - Oksforda qəbul alan azərbaycanlı

Xaricdə təhsil

4 Avqust 2026, 11:04
"Araşdırmaq istədiyiniz sahəni dərindən öyrənin" - Oksforda qəbul alan azərbaycanlı

“Təhsilimi tamamladıqdan sonra Azərbaycanda akademik və pedaqoji fəaliyyətlə məşğul olmağı planlaşdırıram”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət Proqramının qaliblərindən olan Təhminə Cümşüdlü söyləyib. 

O, Doktorantura pilləsi üzrə isə Oksford Universitetinə qəbul olub.

“Hazırda Türkiyədə Orta Şərq Texniki Universitetində təhsil alıram. Doktorantura pilləsi üzrə isə Oksford Universitetinə qəbul olunmuşam. Orada ədəbiyyat sahəsində tədqiqatlarıma dəvam edəcəyəm.

Təhsilimi tamamladıqdan sonra Azərbaycanda akademik və pedaqoji fəaliyyətlə məşğul olmağı planlaşdırıram. Həm mədəniyyət sahəsinə, həm hazırda təhsil aldığım sosiologiyaya, həm də üzərində işləyəcəyim ədəbiyyat sahələrinə töhfə vermək, gələcək nəsilləri bu mövzular üzərində düşünməyə ilhamlandırmaq istəyirəm".

Doktorantura üzrə araşdırmalarım ədəbiyyat istiqamətində Azərbaycan və Orta Asiyadakı (müsəlman post-sovet ölkələrindəki) ədəbi mövzular və ədəbiyyat nümunələri üzərində olacaq:

“Doktorantura pilləsində təhsil almaq istəyən gənclərə tövsiyəm odur ki, araşdırmaq istədikləri sahə ilə yaxından maraqlansınlar və çoxlu mütaliə etsinlər. Çünki müraciət olunan universitetlər namizədlərdən hansı mövzuda və necə işləyəcəkləri barədə tədqiqat təklifi tələb edirlər. Bunun üzərində çox çalışmaq lazımdır. 

Həmçinin, müraciətdən əvvəl həmin universitetdə birlikdə işləyə biləcəkləri elmi rəhbər tapıb onunla əlaqə qursunlar. Təhsil prosesi uzun çəkəcəyi üçün təhsil və yaşam şəraitləri ilə də əvvəlcədən yaxından tanış olmalarını məsləhət görürəm”.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox