Azedu.az

Azərbaycanlı doktorantlar hansı sahələr üzrə təhsil alacaq? - Ölkələr və universitetlər

Xaricdə təhsil

31 İyul 2026, 11:15
Azərbaycanlı doktorantlar hansı sahələr üzrə təhsil alacaq? - Ölkələr və universitetlər

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə doktorantura səviyyəsinə qəbulun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, doktorantura səviyyəsi üzrə ümumilikdə 22 nəfər Dövlət Proqramının qalibi olub. Qəbul olunanların ölkələr üzrə bölgüsündə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 18 nəfər ilə ilk sırada qərarlaşıb.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarına 1 nəfər, Finlandiya Respublikasına 1 nəfər, İspaniya Krallığına 1 nəfər və Almaniya Federativ Respublikasına 1 nəfər doktorantura təhsili almaq hüququ qazanıb.

AzEdu.az doktorantura səviyyəsi üzrə Dövlət Proqramı qaliblərinin qəbul olunduqları universitetləri və ixtisasları ölkələr üzrə təhlil edib. 

Belə ki, Sauthempton Universitetinə qəbul olunan 1 nəfər Coğrafiya ixtisası üzrə doktorantura təhsili alacaq.

Uorvik Universitetində 1 nəfər Kimya ixtisası üzrə təhsilini davam etdirəcək.

Edinburq Universitetinə qəbul olunan 2 nəfərdən biri Təhsil, digəri isə Kimya ixtisasını seçib.

Mançester Universitetində təhsil almaq hüququ qazanan 3 nəfər Təhsil, Elektrik və elektron mühəndisliyiYer elmləri ixtisasları üzrə doktorantura təhsili alacaq.

Nottingem Universitetinə qəbul olunan 3 nəfər Maliyyə və risklərin idarə olunması, Davamlı enerji texnologiyalarıTikinti texnologiyaları ixtisasları üzrə təhsilini davam etdirəcək.

Bristol Universitetində təhsil alacaq 2 nəfər Təhsil ixtisası üzrə doktorantura proqramına qəbul olunub.

Oksford Universitetinə qəbul olunan 2 nəfər Beynəlxalq münasibətlərOrta əsrlər və müasir dillər (Slavyan və rus dilləri) ixtisasları üzrə təhsil alacaq.

Şeffild Universitetində 1 nəfər Kompüter elmləri ixtisası üzrə doktorantura təhsili alacaq.

Qlazqo Universitetinə qəbul olunan 2 nəfər Kompüter elmləriStomatologiya (İcma ağız sağlamlığı və ağız elmləri) ixtisasları üzrə təhsilini davam etdirəcək.

Birmingem Universitetində isə 1 nəfər Kimya mühəndisliyi ixtisası üzrə doktorantura təhsili alacaq.

Birləşmiş Krallıqdan başqa, Amerika Birləşmiş Ştatlarında doktorantura təhsili almaq hüququ qazanan 1 nəfər Merilend Universitetində Dövlət siyasəti ixtisası üzrə təhsil alacaq.

Finlandiya Respublikasına qəbul olunan namizəd Helsinki Universitetində Kimya/Radiokimya ixtisası üzrə doktorantura təhsili alacaq.

İspaniya Krallığını seçən 1 nəfər Barselona Muxtar Universitetində Geologiya ixtisası üzrə təhsilini davam etdirəcək.

Almaniya Federativ Respublikasına qəbul olunan 1 nəfər isə Münhen Texniki Universitetində Mülki mühəndislik ixtisası üzrə doktorantura təhsili alacaq.

Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə
Son xəbərlərDaha çox