Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 14:57:00
UNEC-də xarici dilin tədrisi təkmilləşdirilir  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) xarici dilin tədrisinin təkmilləşdirilməsi məqsədilə görüş keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, rektor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə xarici dilin tədrisinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xarici dillər kafedrasının müdiri, professor Afət Abbasova ingilis dilinin tədrisinin yeni standartlar əsasında təşkili və tələbələrin xaricə dilə marağının daha da artırılması istiqamətində təkliflərlə çıxış edib.

Bildirilib ki, UNEC-də xarici dilin tədrisinin daha effektiv olması üçün ingilis dilinin tədrisi və imtahan edilməsi sahəsində böyük təcrübəyə malik “British Counsil” ilə birlikdə tədbirlər planı hazırlanır. Tədbirlər planına əsasən, xarici dil oxu, yazı, dinləmə və danışıq bacarıqları istiqamətlərində tədris olunacaq. İngilis dilində dərslik, sillabus və imtahan sualları isə ixtisaslara uyğun hazırlanacaq. Bundan əlavə, xarici dil dərslərinin effektivliyini artırmaq məqsədilə dərs saatlarının çoxaldılması, dərs zamanı qruplarda tələbə sayının azaldılması təklif olunub.

Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dilini tədris edən UNEC müəllimlərinin “British Counsil”in nümayəndələrinin seçimləri əsasında müəyyən ediləcəyi də vurğulanıb. Bildirilib ki, tələbələrə xarici dil fənninin tədrisinin sonunda “British Counsil”in sertifikatları təqdim olunacaq.