Azedu.az

Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi

Şagirdlər

24 İyul 2026, 15:01
Qəbul imtahanında ölkə üzrə 11-ci oldu, nəticəni görəndə huşunu itirdi

Türkiyənin Sivas şəhərində yaşayan Damla Reyyan Doğan Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanında (YKS) göstərdiyi yüksək nəticə ilə ölkə üzrə 11-ci olub. O, Türkiyə 11-cisi olmaqla yanaşı, Sivas üzrə də birinci olub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, gənc abituriyent nəticəsini gördükdən sonra sevincindən qısa müddətlik huşunu itirib.

Abituriyent bildirib ki, bu uğur onun 9-cu sinifdən bəri qarşısına qoyduğu əsas məqsəd idi.

"Çox çalışmaqdan daha çox düzgün və planlı hazırlaşmağın nəticəsini gördüm. Ən yaxşı halda ilk minliyə düşəcəyimi düşünürdüm. Türkiyə 11-cisi olacağım isə heç ağlıma gəlməzdi. Nəticəni görəndə inana bilmədim, gözüm qaraldı və huşumu itirdim. Hələ də vaxtaşırı nəticəyə baxıram ki, doğrudanmı bunu bacarmışam", - deyə o bildirib.

Damla Reyyan Doğan gələcəkdə iqtisadiyyat ixtisası üzrə təhsil almaq istədiyini vurğulayıb.

"İnşallah nüfuzlu bir universitetdə təhsil alıb iqtisadçı olmaq istəyirəm. Ölkəmə ən faydalı şəkildə xidmət etmək üçün çalışacağam", - deyə o qeyd edib.

YKS-yə hazırlaşan abituriyentlərə də tövsiyələrini bölüşən Damla Reyyan Doğan özünə inanmağın və başqalarının müsbət və ya mənfi fikirlərindən həddindən artıq təsirlənməməyin vacibliyini vurğulayıb.

 

TƏCİLİ! Rusiya raketlərlə VURULUR - Ö*lənlər var
Son xəbərlərDaha çox