Azedu.az

Abituriyentlərin üz tutmadığı kolleclər - Ən çox boş plan yeri qalan müəssisələr

Kolleclər

22 İyul 2026, 16:45
Abituriyentlərin üz tutmadığı kolleclər - Ən çox boş plan yeri qalan müəssisələr

Orta ixtisas təhsili müəssisələri üzrə (11 illik) ən çox boş plan yeri qalan kolleclərin siyahısı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Statistikaya əsasən, orta ixtisas təhsili müəssisələri üzrə ümumilikdə 15 874 plan yerindən 670-i boş qalıb. Bu isə ümumi plan yerlərinin 4,22 faizini təşkil edir.

Ən çox boş plan yeri Ağdam Musiqi Kollecində qeydə alınıb. Bu kollecdə 69 plan yerindən 58-i boş qalıb. Boş yerlərin payı 84,06 faiz olub.

Siyahıda ikinci yerdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci qərarlaşıb. Burada 40 plan yerinin 24-ü boş qalıb ki, bu da 60 faiz deməkdir.

İlk üçlüyü Naxçıvan Musiqi Kolleci tamamlayır. Kollecdə 12 plan yerindən 5-i boş qalıb. Boş yerlərin payı 41,67 faiz olub.

Növbəti yerdə Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci qərarlaşıb. Bu kollecdə 24 plan yerindən 5-i boş qalıb. Boş yerlərin payı 20,83 faiz olub.

Ardınca Şuşa Humanitar Kolleci gəlir. Burada 97 plan yerindən 14-ü boş qalıb. Bu isə 14,43 faiz təşkil edib.

Şamaxı Dövlət Regional Kollecində 422 plan yerindən 52-si boş qalıb. Boş yerlərin payı 12,32 faiz olub.

Şəki Dövlət Regional Kollecində 354 plan yerindən 39-u boş qalıb. Bu isə 11,02 faiz təşkil edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində 97 plan yerindən 10-u boş qalıb. Boş yerlərin payı 10,31 faiz olub.

Qərbi Kaspi Universitetinin orta ixtisas təhsili pilləsində 190 plan yerindən 18-i boş qalıb. Bu göstərici 9,47 faiz təşkil edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində 209 plan yerindən 19-u boş qalıb. Boş yerlərin payı 9,09 faiz olub.

Masallı Dövlət Regional Kollecində 242 plan yerindən 21-i boş qalıb. Boş yerlərin payı 8,68 faiz olub.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 260 plan yerindən 21-i boş qalıb. Bu isə 8,08 faiz təşkil edib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 240 plan yerindən 19-u boş qalıb. Boş yerlərin payı 7,92 faiz olub.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnologiya Kollecində 443 plan yerindən 34-ü boş qalıb. Bu göstərici 7,67 faiz təşkil edib.

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində 40 plan yerindən 3-ü boş qalıb. Boş yerlərin payı 7,50 faiz olub.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində 354 plan yerindən 23-ü boş qalıb. Bu isə 6,50 faiz təşkil edib.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 452 plan yerindən 26-sı boş qalıb. Boş yerlərin payı 5,75 faiz olub.

Astara Pedaqoji Kollecində 250 plan yerindən 14-ü boş qalıb. Bu göstərici 5,60 faiz təşkil edib.

Naxçıvan Dövlət Texniki Kollecində 54 plan yerindən 3-ü boş qalıb. Boş yerlərin payı 5,56 faiz olub.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində 310 plan yerindən 17-si boş qalıb. Bu isə 5,48 faiz təşkil edib.

Mingəçevir Turizm Kollecində 295 plan yerindən 16-sı boş qalıb. Boş yerlərin payı 5,42 faiz olub.

Ağdaş Dövlət Humanitar Kollecində 270 plan yerindən 14-ü boş qalıb. Bu göstərici 5,19 faiz təşkil edib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində 290 plan yerindən 15-i boş qalıb. Boş yerlərin payı 5,17 faiz olub.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 225 plan yerindən 11-i boş qalıb. Bu isə 4,89 faiz təşkil edib.

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecində 525 plan yerindən 24-ü boş qalıb. Boş yerlərin payı 4,57 faiz olub.

Quba Dövlət Sosial-İqtisadi Kollecində 161 plan yerindən 7-si boş qalıb. Bu göstərici 4,35 faiz təşkil edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində Gəncə Dövlət Aqrar Kollecində 300 plan yerindən 13-ü boş qalıb. Bu isə 4,33 faiz təşkil edib.

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 200 plan yerindən 6-sı boş qalıb. Boş yerlərin payı 3 faiz olub.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 481 plan yerindən 14-ü boş qalıb. Bu göstərici 2,91 faiz təşkil edib.

Bakı Biznes və Kooperasiya Kollecində 730 plan yerindən 20-si boş qalıb. Boş yerlərin payı 2,74 faiz olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 595 plan yerindən 16-sı boş qalıb. Bu isə 2,69 faiz təşkil edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecində 360 plan yerindən 9-u boş qalıb. Boş yerlərin payı 2,50 faiz olub.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində 330 plan yerindən 8-i boş qalıb. Bu göstərici 2,42 faiz təşkil edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 420 plan yerindən 10-u boş qalıb. Boş yerlərin payı 2,38 faiz olub.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində 483 plan yerindən 11-i boş qalıb. Bu isə 2,28 faiz təşkil edib.

Odlar Yurdu Kollecində 410 plan yerindən 7-si boş qalıb. Boş yerlərin payı 1,71 faiz olub.

Naxçıvan Tibb Kollecində 200 plan yerindən 3-ü boş qalıb. Bu göstərici 1,50 faiz təşkil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində 410 plan yerindən 6-sı boş qalıb. Boş yerlərin payı 1,46 faiz olub.

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində 214 plan yerindən 3-ü boş qalıb. Bu isə 1,40 faiz təşkil edib.

Bakı Avrasiya Kollecində 525 plan yerindən 7-si boş qalıb. Boş yerlərin payı 1,33 faiz olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 396 plan yerindən 5-i boş qalıb. Bu göstərici 1,26 faiz təşkil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində 513 plan yerindən 6-sı boş qalıb. Boş yerlərin payı 1,17 faiz olub.

Ağcabədi Pedaqoji Kollecində 195 plan yerindən 2-si boş qalıb. Bu isə 1,03 faiz təşkil edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində 100 plan yerindən 1-i boş qalıb. Boş yerlərin payı 1 faiz olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində 355 plan yerindən 3-ü boş qalıb. Bu göstərici 0,85 faiz təşkil edib.

2 nömrəli Bakı Baza Tibb Kollecində 660 plan yerindən 4-ü boş qalıb. Boş yerlərin payı 0,61 faiz olub.

Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində 354 plan yerindən 2-si boş qalıb. Bu isə 0,56 faiz təşkil edib.

1 nömrəli Bakı Tibb Kollecində 510 plan yerindən 2-si boş qalıb. Boş yerlərin payı 0,39 faiz olub.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan İlahiyyat İnstitutunun yanında Bakı İlahiyyat Kollecində, Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsində, Cəlilabad, Gəncə, Lənkəran, Mingəçevir, Quba, Saatlı və Şəki Tibb Kolleclərində isə ayrılmış plan yerlərinin hamısı dolub və boş yer qeydə alınmayıb.

Lavrov DƏLİYƏ DÖNDÜ - ABŞ-yə görə Rusiya bombalanır!
Son xəbərlərDaha çox