Qazax-Tovuz regionu üzrə sertifikasiya imtahanında maksimum nəticə göstərən müəllimlər məlum olub.
AzEdu.az regionlar üzrə Təhsil İdarələrinə sorğu ünvanlayaraq sertifikasiya imtahanında maksimum - 60 bal toplayan müəllimləri təqdim edir:
Qazax-Tovuz regionu üzrə yüksək nəticə göstərən pedaqoqlar sırasında Tovuz rayonu Dondar Quşçu kənd tam orta ümumtəhsil məktəbinin və Zabit Məmmədov adına Sarıtala kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəllimi Mirzəyeva Şərabanı İmran qızı da yer alır.
Yeddi illik pedaqoji fəaliyyətə malik olan müəllim sertifikasiya imtahanında maksimum nəticə əldə edərək peşəkarlığını bir daha nümayiş etdirib.

Maksimum nəticə göstərən müəllimlərdən biri də Şəmkir rayonunda fəaliyyət göstərən Təhminə Verdiyevadır. O, 2019-cu ildən Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbində təsviri incəsənət müəllimi kimi çalışır.
Təhminə Verdiyeva da sertifikasiya imtahanında 60 bal toplayaraq yüksək nəticə göstərən müəllimlər sırasında yer alıb.
