Azedu.az

\"“Kurikulum” deyəndə az qalır ağzımız əyilsin\" - Ağacan Abıyev

24 Yanvar 2019, 18:02
\

Milli Məclisin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.

AzEdu.az-ın xəbərinə görə, parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir: “Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur... Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox