Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-24 16:53:23
Deputat təhsil ekspertlərini qınadı    

Deputat Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dərsliklərin tərtibatı məsələsinə toxunub. 

AzEdu.az-ın xəbərinə görə, deputat dünyada və pedaqogikadakı təcrübədən söz açıb. 

O deyib ki, dünyada dərsliklər təhsilalanların psixi və intellektual inkişaf səviyyəsinə görə hazırlanır. 

“Nə onların geri inkişafına, nə də artıq yüklənməsinə yol açılmamalıdır. Mətbuatda ekspertlər, lüzum olub olmadığı Təhsil Nazirliyi və hazırlanmış kitablarla bağlı yanlış müzakirələr aparırlar. Bu da əhalidə, valideynlərdə, müəllimlərdə çaşqınlıq yaradır. Bəzən deyirlər ki, alternativ dərslik hazırlamışıq. Bir valideyn 10 kitab almalıdırımı? Bəs, bu dərsliklər hansı tələblərə cavab verir? Bu çox mürəkkəb məsələdir”. 

Deputat bildirib ki, bu, cəmiyyətimiz və təhsil sistemimiz üçün olduqca əhəmiyyətli məsələdir. 

“Bununla bağlı hər hansı maddənin “Ümumi təhsil haqqında” qanun layihəsinə salınmasını təklif edirəm”.