Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 15:25:00
Qəbul proqramında Biologiya fənninə aid bu mövzular  yığcamlaşdırıldı –Müəllimlərin razılığı  

“Biologiya fənni üzrə qəbul proqramı kurikulum dərsliklərinə tam uyğundur. Əvvəlki kitablarda dərslər daha geniş şəkildə əks olunmuşdu. Yeni dərsliklərdə isə yığcam formada verilib”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Biologiya müəllimi Aytac Səfərova deyib. O, bir neçə gün öncə nəşr olunan qəbul proqramı ilə tanış olduğunu qeyd edib:

“Proqramdan tamamilə çıxarılan mövzu yoxdur. Quşların, məməlilərin dəstələləri proqrama geniş şəkildə salınmayıb. Bu da dərsliklərə tam uyğundur. Əvvəlki kitablarda mövzular çox geniş idi. Yeni dərsliklərdə isə yığcam formada əksini tapıb. Proqram kurikulum əsasında hazırlanan dərsliklərə uyğun hazırlanıb”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub.

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları