Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 14:38:00
Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur” - FOTO    

UNEC-də “SƏS” Media Qrupunun birgə təşkilatcılığı ilə 20 Yanvar hadisələrinin 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir rektor, professor Ədalət Muradovun, "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyevin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun və Şəhid ailələrinin üzvlərinin iştirakı ilə UNEC-in Memorial-Xatirə Kompleksinin ziyarət olunması ilə başladı.

UNEC-in professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə davam edən tədbirin açılışı zamanı vətən uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “SƏS” Media Qrupu tərəfindən hazırlanmış “20 Yanvar: Azadlıq Dastanı” adlı film tədbir iştirakçılarını bir daha faciənin baş verdiyi illərə qaytardı. Filmdə Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğının, insanların müstəqillik arzularını məhv etmək cəhdinin milli qürurumuzu qıra bilməməsi barədə danışıldı. Günahsız insanları gülləbaran edən Sovet rejimi tərəfindən təşkil edilmiş hadisələr zamanı Azərbaycanın o vaxtki rəhbərliyinin acizliyi bir daha üzə çıxdı. Məhz bu zaman, o müdhiş günlərdə xalqımızın Ümumilli lideri Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək təcavüzə kəskin ittiham edərək, etiraz səsini ucaltdı, qoşunların Bakıdan dərhal çıxarılmasını tələb etdi. Ulu öndərin qətiyyətli addımı 20 Yanvar hadisələrinə veriliən ilk siyasi qiymət oldu. Məhz xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə Qanlı Yanvara siyasi qiymət verildi. Ulu öndərin göstərişi ilə Şəhidlər Xiyabanında Memorial Kompleks ucaldıldı, 20 Yanvar ümumxalq hüzn günü kimi təsis olundu, Şəhid ailələri dövlət qayğısı ilə əhatə edildi.

Film nümayişindən sonra UNEC-in rektoru, professor Ədalət Muradov çıxış etdi. Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onların arasında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin olmasını universitetin qürur mənbəyi adlandırdı. Rektor 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd etdi. Şəhidlərin xatirəsinin əbədi olduğunu bildirən rektor, hər bir azərbcanlının onlar qarşısında borclu olduğunu qeyd etdi. Torpaqlarımız düşmən tərəfindən işğalı davam etdikcə Şəhidlərin ruhunun rahat olmayacağını bildirən rektor, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu bildirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışı zamanı şəhidliyin fəqli, xüsusi bir dəyər olduğunu vurğuladı. Şəhidlik sözünün əhəmiyyəti haqqında danışan qonaq, 20 Yanvar hadisələrinin həmçinin xalqın özünə qayıdışı simvolu olduğunu bildirdi. Gənc nəsil arasında bu istiqamətdə təbliğatın aparılmasının zəruriliyini qeyd edən M.İsmayılov, bütün gəncləri bu amallara sarılmağa dəvət etdi.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev 20 Yanvar hadisələrinin görünən və görünməyən tərəflərinin olduğunu bildirdi. 80-ci illərdə Sovet rejiminin dağılması və Dağlıq Qarabağın Ermənistana verilməsi prosesi Azərbaycanda xalq etirazlarının bir hərəkata çevrilməsinə səbəb oldu. Bu yol bizi müstəqilliyə gətirsə də, xalqın qanı bahasına başa gəldi. Ümumilli liderə təzyiqlərin olmasına baxmayaraq o Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək öz etirazını bildirdi, xalq Ulu öndərin hakimiyyətə gətirilməsini tələb etdi. İndi də Heydər Əliyev siyasətinin ölkədə davam etdiyini bildirən qonaq dövlətin Şəhid ailələrinə dəstəyi, ölkədə insan amilinin aparıcı rola malik olması, xalqın öz lideri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə bağlılığı barədə danışdı.

Tədbirdə 20 Yanvar Şəhidi İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov çıxış edərək hər il ölkədə Qanlı Yanvar qurbanlarının xatirəsinin əziz tutulduğunu bildirdi. Qanlı Yanvar qırğınlarının Azərbaycanın o vaxtki rəhbərliyinin qətiyyətsizliyi səbəbbindən baş verdiyini qeyd edən Y.Əbilhəsənov, hadisələrin baş verdiyi günlərdən sonra o vaxtki ölkə rəhbərliyi tərəfindən heç bir cinayət işinin açılmadığını, araşdırmanın aparılmadığını bildirdi.

Tədbirin sonunda İqtisadiyyat fakültəsinin tələbəsi Rəşad Aslanov Bəxtiyar Hacızadənin “Şəhidlər” şeirini oxudu.